Samiraldo şou-biznesdə ən zövqsüz kişi və qadın müğənniləri "yıxıb-sürüdü"

28 Noyabr 2013 10:58 (UTC+04:00)
Samiraldo adı ilə tanınan stilist Samir Əliyev yenidən maraqlı açıqlamaları ilə gündəmə gəlib. Mövqe.az-ın məlumatına görə, "Pərdə" verlişinə açıqlama verən tanınmış stilist ən zövqsüz geyinən kişi müğənnilərin adını açıqlayıb: "Ən zövqsüz kişi müğənnilər Rəhim Rəhimli, Rüfət Axundov, Cavanşir Məmmədov, Eltondur. Geyimlərini bilmirlər. Onları görəndə lap ürəyim ağrıyır. Nüşabə də zövqsüzdür. Manananın isə vaxt zövqü olmayıb. Könül Kərimova həddindən artıq makiyaj edir.  Ən zövqlü kişi müğənniləri isə Faiq Ağayev və Samir Bağırovdur."


Samiraldo bir neçə müğənniyə sadəcə qulaq asdığını lakin baxa bilmədiyini söyləyib: " Aygün Bəylər, Elnarə və Mətanət Əsədovaya ancaq qulaq asıram. Samira Allahverdiyeva, İlhamə Quliyeva, Zülfiyyə Xanbabayeva, Lalə Məmmədova, Rəqsanə bu il zövq aləmində məni təəcübləndirə biliblər. 

Stilist Aygün Kazımova və Röyanın imicini, geyim tərzini çox bəyəndiyini gizlətməyib. Daha sonra o, bir-birini təkrarlayan müğənnilər barədə də danışıb: "Natavan Həbibi son zamanlar Sevda Yahyayevanı təkrarlayır. Çünki zövqlü deyil, özünü tapa bilmir".