Türkiyə təyyarəsini ildırım vurub

28 Noyabr 2013 11:41 (UTC+04:00)

İçərisində 115 sərnişin olduğu bildirilən təyyarə məcburi eniş edib

Türk Hava Yollarına (THY) məxsus İstanbul-Milan reysi ilə uçan təyyarəni ildırım vurub. Nəticədə təyyarə məcburi eniş edib. Movqe.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, ildırım vuran təyyarə Atatürk Hava limanına geri qayıdıb. 


Təyyarədə 115 şərnisinin olduğu barədə məlumat verilib. Sərnişinlər iki saat geçikmə ilə Milana çatdırılıb. 


Qeyd edək ki, aparılan yoxlamalar zamanı təyyarəyə ciddi ziyan dəydiyi məlum olub.