İlhamə Quliyevanın növbəti qadağası

28 Noyabr 2013 11:47 (UTC+04:00)

Xalq artisti İlhamə Quliyevanın mətbuat katibi Faiq Ələkbərli sosial şəbəkədə müğənninin xəbərdarlıq məktubunu yerləşdirib Mövqe.az-ın məlumatına görə, "Şərəf" və "Şöhrət" ordenli İlhamə Quliyeva onun adından istifadə edib, hər hansı bir məlumatı paylaşanlara qadağa qoyub: 

"Hörmətli "İnstagram" istifadəçiləri, bundan sonra heç kim mənim adımdan istifadə edib öz səhifəsində açıqlamalar verməsin, qəti şəkildə  icazə vermirəm. Lazım olan açıqlamanı özüm və yaxud mətbuat katibim məsləhət bildiyimiz internet saytlarına təqdim edirik. Nəzərinizə çatdırıram ki,  bu son xəbərdarlıqdır. 

Hörmətlə, "Şərəf" və "Şöhrət" ordenli İlhamə Quliyeva".