İlhamə Quliyeva jurnalist Tahirə Məmmədqızı ilə də yollarını ayırdı?-EKSKLÜZİV

28 Noyabr 2013 12:13 (UTC+04:00)
Tanınmış jurnalist Tahirə Məmmədqızının "Şərəf" və "Şöhrət" ordenli İlhamə Quliyevanın müvəqqəti mətbut katibliyi vəzifəsini icra etdiyi barədə artıq açıqlama vermişdik. Lakin xalq artistinin 10 illik birgə çalışdığı mətbuat katibi Faiq Ələkbərli yenidən onun yanına qayıdandan sonra belə söz-söhbətlər gəzişdi ki, İlhamə Quliyeva Tahirə Məmmədqızı ilə də artıq yollarını ayırmaq qərarına gəlib. Bu barədə Mövqe.az-a açıqlama verən jurnalist T. Məmmədqızı İlhamə Quliyeva ilə dostluq münasibətlərinin hələ də davam etdiyini açıqlayıb: 


 " Mən həm Faiq Ələkbərli, həm də ki, İlhamə Quliyevanın uzun illərdir ki, dostuyam. Faiq Ələkbərli İlhamə Quliyeva ilə işləyən zaman da bizim münasibətimiz gözəl olub, ondan sonra da... Həmişə həm Faiqlə, həmdə İlhamə xanımla dost olmuşam. Bir balaca aralarında inciklik olmuşdu, o da ki, həll olundu. Faiqlə inciklik olan zaman İlhamə xanım məndən xahiş etdi ki, yanında olum, müəyyən layihələrlə bağlı mətbuata açıqlamalar verim. Mən də bir dost olaraq, böyük məmnuniyyətlə müvəqqəti mətbuat katibliyi vəzifəsini icra etdim. Bu gün də münasibətim həm Toliklə, həm də Faiqlə gözəldir. Onlar hər ikisi mənim dostlarımdır. Və onların komandaya qayıdışı mənim üçün sevindirici hal oldu. Mən İlhamə xanımla yenə dostam, inanıram ki, bundan sonra da bu münasibət belə davam edəcək. Ancaq İlhamə Quliyevanın artıq yenidən mətbuat katibi Faiq Ələkbərlidir".