Prezident Həmid Karzainin ABŞ-la uzunmüddətli təhlükəsizlik müqaviləsini imzalaması Əfqan siyasi liderlərinin getdikcə artan etirazına səbəb olub. Bu haqda Movqe.Az "washington post"a istinadən xəbər verir. Karzai ötən həftə 1500 əcnəbi əsgərinin 2014-cü ildə formal olaraq sonlandırılan ABŞ müharibə əməliyyatlarından sonra da ölkədə qalmasına icazə verən müqaviləni imzalayıb. Lakin Karzai ABŞ höküməti artan tələbləri qəbul edənə qədər müqaviləni imzalamaqdan boyun qaçırıb. Obama höküməti bu müqavilənin əcnəbi ordunun tam geri çəkilməsi üçün bir keçid olduğunu deyib. Əgər müqavilə imzalanmasa, Əfqanıstan öz hərbisi üçün illik yardımdan 4 milyard dollar itirəcək. "Müqavilə imzalanmasa Əfqanıstan vətəndaş mühatribəsinə doğru gedəcək və bunun cavabdehliyini Karzai daşıyacaq. Yalnız hərbiçilər deyil, adi insanlar da bilir ki, müqavilə imzalanmasa, hərbiyə heç bir dəstək verilməyəcək, hərbiçilər öz ailəsini dolandıra bilməyəcək" bu sözləri Karzai hökümətinə xidmət edən keçmmiş parlament üzvü Moen Marastial deyib.Kabul əsaslı siyasi analitik Əhməd Səid : "Amerika bilsin ki, Əfqan xalqı Prezident Karzini dəstəkləmir" deyib. Başqa Kabul analitikləri isə fərqli fikirlər irəli sürüblər. Onlar İranın Karzaiyə təzyiq göstərdiyini və ya Karzainin nöbəti seçkilərdə Amerikanın onun namizədliyini dəstəkləməsi üçün belə bir addlm atdığını deyiblər.