Metro fasiləsiz işləyəcək

26 May 2012 20:02 (UTC+04:00)

Movqe.Az Bakı Metropoliteninə istinadən xəbər verir ki, bu gün Bakı metrosu fasiləsiz işləyəcək. "Eurovision-2012"nin finalında iştirak edən tamaşaçıların daşınması üçün metro bütün sutka ərzində fəaliyyətini dayandırmayacaq.

Xatırladaq ki, mayın 24-ü və 26-da - "Eurovision-2012"nin yarımfinallarında da metro fasiləsiz işləmişdi.