DƏHŞƏT:- Bakıda ata qızını zorladı:" Pişik balasını istədikdən yeyər"

28 Noyabr 2013 14:13 (UTC+04:00)

42 yaşlı şəxs: "Pişik balasını çox istədiyindən yeyir, mən də eləcə"

Bakının Xəzər rayonunda iyrənc və dəhşətli hadisə baş verib. Bu barədə Xəzər rayon Polis İdarəsindən bildirilib. Verilən məlumata görə, rayonun 1-ci polis bölməsinə 20 yaşlı F.N. müraciət edib və 1971-ci il təvəllüdlü atası A.N.-in onu iyrənc formada zorladığını bildirib.

Qeyd edək ki, F.N. kişinin ilk nikahdan olan doğma qızıdır. Sonradan kişi təkrar evlənib və onun daha iki uşağı dünyaya gəlib.

Qız polisə verdiyi ifadədə bildirib ki, noyabrın əvvəlində ata qızına zəng edərək, evinə çağırıb. F.N. atasının xahişini yerinə yetirib və onun yanına gedib. Evdə atasından başqa heç kim olmayıb. Kişi qapını bağlayaraq, qızı ilə cinsi əlaqəyə girib. Bundan üç gün sonra qız zorlama faktı ilə bağlı polisə müraciət edib. Qızın sözlərinə görə, cinsi əlaqə zamanı atası onun əllərindən tutub, ayaqlarını elə sıxıb ki, o, müqavimət göstərə bilməsin.

Məhkəmə-tibbi ekspertiza zamanı qızın bədənində seksual əlaqənin izlərindən başqa, həmçinin kişinin bədənində heç bir zədə aşkarlanmayıb. Bu qızın atasına müqavimət göstərməməyindən xəbər verir. Müəyyən olunub ki, gənc qızın bakirəliyi pozulmayıb.

Noyabrın 25-də polis həmin şəxsi həbs edib. Atanın hərəkətləri Azərbaycan Cinayət Məcəlləsinin 3 ildən 5 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutan 150.1-ci maddəsi (seksual xarakterli zorakı hərəkətlər) ilə tövsif olunub.

Saxlanılan şəxs əvvəlcə günahını etiraf etməsə də, istintaq orqanları onun qızı ilə danışıqlarının əks olunduğu telefon yazılarını təqdim ediblər. Bu zaman A.N. bəyan edib ki, hərəkəti qızını çox sevdiyi üçün edib: "Pişik balasını çox istədiyindən yeyir, mən də eləcə" – deyə, o, dindirmə zamanı bildirib.

Eyni zamanda polislər baş vermiş hadisədə təkcə atanı yox, qızı da günahkar bilir. Məlum olub ki, o, əvvəllər də qızına sataşıb. Lakin onun hərəkətləri sonuncu dəfə olduğu kimi kobud olmayıb. Buna görə də, qız atasından ehtiyatlı olmalı və ondan uzaq gəzməli imiş.

Bundan başqa, araşdırılıb ki, A.N. əvvəllər odlu silah saxlamaq və gəzdirməyə görə həbsdə olub. Hazırda onun adı Sabunçu rayon Polis İdarəsində qaldırılmış cinayət işində keçir. Güman olunur ki, bu şəxs avtomobil qaçırıb.

Xəzər rayon Polis İdarəsinin əməkdaşları baş vermiş hadisə ilə bağlı fikirlərini bölüşüblər: "Biz hara gedirik? Cəmiyyətdə internetin peyda olması ilə başlayan deqradasiya müşahidə olunur. Azyaşlıların pornoqrafik saytlarla dolu olan internetə sərbəst çıxışları təkcə uşaqlara deyil, həm də böyüklərə pis təsir göstərir. İnsanlar heyvana çevrilirlər, instinkt ağıla üstün gəlir".(Anspress)