İngilislər hinduşqaya niyə "Turkey" deyirlər?

28 Noyabr 2013 14:41 (UTC+04:00)

New York Times , hinduşqanı Turkey adını almasına səbəb olan tarixdən yazıb. ABŞ-da Şükranlıq Günü yaxınlaşan bir vaxtda bu xüsusi gündə ənənəvi olaraq satılan hinduşqlarla əlaqədar New York Times maraqlı bir xəbər yazıb. Qəzet hinduşqanın İngiliscə adı olan "Turkey "sözünün səbəbinin 4 min 429 mil uzaqlıqdakı ölkə olan Türkiyənin İngilis dilindəki adıyla niyə eyni olduğunu araşdırıb. Movqe.Az araşdırmaya istinadən bildirir ki, Avropa vasitəsilə Türk tacirlər tərəfindən hinduşqanın İngiltərəyə gətirilməsiylə əhali bilinməyən bu quş növünə Turkey deməyə başlayıb. New York Timesın xəbərinə görə ; Hinduşqaya Turkey deyilməsinin səbəbi belədir : Bir vaxtlar İngilislər səfil vəziyyətdə idi. Kartof yox idi , siqaret yox idi və əlbəttə hind quşu da yox idi. Daha sonra insanlar bu quşu idxal edərək istehlakına başladılar. Elmi adı "Numida meleagris" olan bu quş Madaqaskardan gəlirdi, amma İngilislər bunu bilmirdi. Tək bildikləri bu heyvanın Avropa vasitəsilə Türk tacirlər tərəfindən ölkəyə gətirildiyi olub. Buna görə də quşa Turkey deyiblər. Sonralar İspanlar Yeni Dünyaya başqa quşla ayaq basdılar. Elmi adı "meleagris gallopavo" olan bu quş İngilis süfrələrində çox sevildiyindən dadı "Turkey" dedikləri ilk heyvana bənzədiyi üçün onu da turkey olaraq adlandırdılar. Nəhayət  Fransız dilində quşa "dinde" adı verilir. Çünki Fransızlar ilk dəfə  bu heyvanın Hindistandan yəni onların dilində d' Inde'dən gəldiyini düşündülər. Türklərin də hinduşqaya hindi demələrinin səbəbi Fransızların bu düşüncəsindən irəli gəlmişdir. 


Şükranlıq günü (Thanksgiving Day), ABŞ-da və Kanadada müxtəlif günlərdə qeyd olunan milli bayramdır. Kanadada oktyabr ayının ikinci bazar ertəsi günü, ABŞ da isə noyabr ayının dördüncü cümə axşamında qeyd olunur. Bayramın mənşəyi Qırmızıdərili və ilk koloniyaçıların ortaq təşkil etdikləri bir məhsul yeməyi olsa da, bayram günündə bu ölkələrdə Qırmızıdərili ünsürlərdən ayrışarak yalnız ailə və tanrıya həs olunan bir məna kəsb etmişdir.Hind toyuğu bu günün ənənəvi yeməyidir.