Almaniya ikili vətəndaşlığı rədd edir?

28 Noyabr 2013 15:07 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, Almaniyada Xristian Demokrat Birlik Partiyası ( CDU) Ümumi rəhbəri Angela Merkel və Xristian Sosial Birlik Partiyası ( CSU) Horst Seehofer,  İSosial Demokrat Partiyası (SPD ) Ümumi rəhbəri Sigmar Gabriel , koalisiya müqaviləsini imzalayıb. Koalisiya müqaviləsinə təsdiq çıxarsa , Merkel 17 dekabrda yenidən baş nazir seçilə bilər. 17 saat davam edən müzakirələr nəticəsində son maddə olaraq baxılan Opsion Modelinin aradan qaldırılması haqqında da razılığa gəlinib. Opsion Modeli çərçivəsində əsas vətəndaşlıq və Alman vətəndaşlığı arasında seçim etməyə çətinlik çəkən gənclər , artıq seçim etmək məcburiyyətində qalmayacaq . Almaniyada doğulan hər uşaq , avtomatik olaraq Alman olacaq. Qərara görə , ölkəyə sonradan köç edənlərin vətəndaşlıq vəziyyətində yeni bir dəyişiklik yoxdur. Almaniya xaricində doğulub daha sonra müraciət ilə Alman vətəndaşı olanların vəziyyətində bir dəyişiklik olmayacaq. Alman vətəndaşlığına keçmək istəyənlərdən , öz əvvəlki vətəndaşlığından çıxması istənəcək.