"Erməni separatçıları Dağlıq Qarabağı nəzarətdə saxlayır"

26 May 2012 20:21 (UTC+04:00)

"Ermənistanın dəstəklədiyi erməni separatçılar Azərbaycanın Dağlıq Qarabağ regionun çox hissəsini və ona bitişik yeddi rayonu nəzarətdə saxlamaqda davam edirlər".

Movqe.Az AzərTAc-a istinadən xəbər verir ki, bu fikir ABŞ Dövlət Departamenti 2011-ci ildə dünyanın müxtəlif ölkələrində insan hüquqlarının pozulması haqqında təqdim etdiyi illik məruzəsində öz əksini tapıb.

Sənədin Azərbaycana aid bölməsində qeyd edilir ki, Dağlıq Qarabağ münaqişəsinin iki tərəfini ayıran qoşunların təmas xətti boyunca insidentlər 2011-ci il ərzində yenə davam etmiş, nəticədə hər iki tərəfdən çoxsaylı insan tələfatı baş verib.