Lumia 525 satışa çıxır

28 Noyabr 2013 16:20 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, Nokia Lumia 525, cüt nüvəli Snapdragon S4 prosessor, 8GB storage, bir microSD slotu, 1GB RAM ilə gəlir. 4 düymlük ekrana sahib cihazın ekran həllolma dəqiqliyi isə yalnız 800 × 480 pikseldir. 5 megapiksellik kamerası olan Lumia 525-də flaş və ön kamera yoxdur. Lumia 520 ilə bənzər ölçüyə sahib telefonun ölçüləri 119.9 x 64 x 9.9mm, ağırlığı isə 124 qramdır. Ağ, qara, sarı və narıncı rəng variantlarıyla satışa təqdim ediləcək olan telefonun qapaqları dəyişdirilə bilir.