Azərbaycanın internet istifadəçilərinə xəbərdarlıq
28 Noyabr 2013 17:46 (UTC+04:00)
Bu barədə Trend-ə
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Bakı Telefon
Rabitəsi" İstehsalat Birliyinin baş direktorunun
müavini Xankişi
Kişiyev bildirib.
X.Kişiyevin sözlərinə görə, təəssüf ki,
istifadəçilərin bir çoxu bu cihazın istismarı qaydalarına riayət
etmir və əksər hallarda ADSL modemləri günün 24 saatı şəbəkədən
ayrılmır: "Biz modemlərdən yalnız zəruri hallarda istifadə etməyi
tövsiyə edirik. Yadda saxlamaq lazımdır ki, yanğının qarşısını
əvvəlcədən sadə təhlükəsizlik qaydalarını yerinə yetirməklə almaq
mümkündür. Bu gün ADSL modemlərinin təxminən 40 faizi internet
istifadəçiləri tərəfindən günün 24 saatı işlək vəziyyətdə qalır. Bu
öz növbəsində şəbəkənin yüklənməsinə səbəb olur. Ümumilikdə,
texniki təhlükəsizliyə görə, evdən çıxarkən bütün elektrik
cihazlarını şəbəkədən ayırmaq lazımdır. Bu həm də elektrik
enerjisinə görə vəsaitlərə qənaətdir".
Onun sözlərinə görə, habelə ADSL modemlərinin
digər elektrik cihazlarından, məsələn soyuducudan və kondisionerdən
uzaqda quraşdırılması da vacibdir. Çünki bu, şəbəkədə pulsasiya
yaradır.
X.Kişiyevin fikrincə, simsiz modemlərin
elektromaqnit təsiri də az əhəmiyyətli məsələ deyil: "Simsiz
internet şüalanmaya malik olsa da, həmin tip mobil telefonlarla
müqayisədə açıq təhlükə yaratmır. Bununla belə, bilavasitə çıxış
nöqtəsinin yanında uzun müddət olmaq tövsiyə edilmir. Sözsüz ki,
başqa telekommunikasiya avadanlıqları kimi, modemlər də qüvvədə
olan dünya standartları əsasında istehsal edilir. Bununla yanaşı,
qurğu Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin
laboratoriyasında təkrar yoxlama və sertifikatlaşma prosedurundan
keçirilir".
X.Kişiyevin sözlərinə görə, cihazın tələb olunan
göstəricilərə uyğun gəlmədiyi hal aşkara çıxdıqda uyğunluq
sertifikatı verilə bilməz. Nazirliyin yekun rəyindən sonra
telekommunikasiya avadanlığının, mobil telefonların və digər
istehlak qurğularının gətirilməsinə icazə Standartlaşma,
Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən
verilir.
Bu texnikaların yaradıldığı və və
təkmilləşdirildiyi inkişaf etmiş ölkələrdə istehsalçılara bu sahədə
ən sərt tələblər irəli sürülür. İldən-ilə bu tələblər daha da
sərtləşdirilir. Mobil texnologiyaların ətraf mühitə və ilk növbədə,
insan sağlamlığına mənfi təsirini minimallaşdırmaqdan ötrü
texnologiyalar daim təkmilləşir, telekommunikasiya avadanlığının
istehsalçıları daim öz üzərlərində işləyirlər.
Milli.Az