Gecce.az-a açıqlama verən Ülvi Qılınc deyir ki, İlhamə Quliyeva ilə 10 ildir ki, ailəvi dostdur. Deyildiyi kimi arada heç bir küsülülük yoxdur.Hər kəs görmək istədikləri kimi görür.
"Bizim adımızdan heç kim yalan xəbərlər yaymasın. Mən İlhamə xanımdan heç vaxt küsməmişəm. O, inciyə bilər. Bizim ondan incimək haqqımız da yoxdur."
Od olmasa tüstü çıxmaz deyiblər. Ülvi Qılınc yayılan xəbərləri təqzib etmir. O deyir ki, barışığın baş tutmasına səbəbkar Cavanşir Məmmədov olub.
"İlhamə xanım bizi görən kimi öpdü, qucaqladı. Çox kövrək insandı. O bizdən yaşca və sənətcə çox böyükdür. Nə səhvim varsa, üzr istəməyə hazıram."
Sənətçi gündəmi zəbt edən tac xəbərlərinə də fikir bildirib . O deyir ki, tac məsələsini gündəmə primadonna gətirib. Kimə tac vermək lazımdırsa, özü yaxşı bilir.
"Bu gün hamı tac barəsində danışır. Əgər istəyirsinizsə, sizə də tac verilsin, onda İlhamə xanıma müraciət edin. Kiminsə əli taca çatmırsa, o haqda danışmasın."
Bu barışıqdan sonra onu ikiüzlü kimi qələmə verənlər də az olmayıb. Ülvi deyir ki, məni ikiüzlü adlandıranların bir üzü varsa, o üzündən öpərəm.
"Bu yaxınlarda bir nağıl danışdım. Şou əhli bir-birinə dəymişdi. Ad çəkmədən onların əsl simalarını göstərdim. Mən onlar kimi ikiüzlü deyiləm."