Müğənni Şəbnəm Tapdıq uzun illərdir ailə
qurmamasının səbəbini açıqlayıb.
Axşam.az-ın məlumatına görə, sənətçi "Pərdə" verilişinə
müsahibəsində həmkarı olan biri ilə ailə qurmaq istədiyini
deyib:
"Hər qurulan ailə xoşbəxt olmur. Hər zaman deyirdim ki, mən
müğənniyəm, elə insanla ailə qurmalıyam ki, sənətimi başa düşsün.
Mən yalnız bir müğənni ilə ailə qura bilərdim. Düzdür, bir ara
Sərxan Sərxan adlı sənətçinin məni istədiyi xəbəri çıxdı. Amma ona
da razılaşmadım. O qədər sevgi məktubları almışam ki. Hamısını
cırıb atırdım. Sonradan anam dedi ki, hamısı bir xatirədir, saxla.
Bu gün özümlə, adımla fəxr edirəm. Çünki mən sənətin ilk
Şəbnəmiyəm. Çox insanlar övladlarına mənim adımı veriblər. Məni
görəndə millətin ürəyi gedirdi, sevənlərim çoxdur".