Türkiyə KİV: "Ermənistan işğal etdiyi iki rayonu azad edir"
28 Noyabr 2013 23:18 (UTC+04:00)
Türkiyə xarici işlər naziri Əhməd Davudoğlunun
Türkiyə-Ermənistan əlaqələrinə bağlı "Bəzi yaradıcı fikirlər, yeni
düşüncələrlə bunu inkişaf etdirməyə, məsafə almağa çalışırıq"
mesajının detalları barəsində "Sabah" qəzetində yazı dərc edilib.
Məlumatda deyilir ki, Davudoğlunun ABŞ təmasları və Türkiyə baş
naziri Ərdoğanın Putinlə görüşündə də gündəmə gələn Qafqazda sülh
yaradılması üçün yeni yol xəritəsi hazırlanıb. Ermənistan hökuməti
Azərbaycan ilə arasında xroniki bir problem olan Dağlıq Qarabağdakı
iki rayonundan çəkilməyi şifahi olaraq qəbul edib. Türkiyə isə
Ermənistandan rəsmi açıqlama verməsini istəyib. Ermənistan höküməti
Azərbaycanın işğal olunmuş rayonlarından çəkiləcəyini açıqlayacağı
təqdirdə Davudoğlu 12 dekabrda Qara Dəniz İqtisadi Əməkdaşlıq
toplantısı üçün İrəvana gedəcək.
Diplomatik qaynaqlardan verilən məlumata görə,
Azərbaycanın zəngin enerji qaynaqları ilə böyük inkişaf içində
olduğu halda Ermənistan əksinə hər keçən gün iqtisadi gücünü
itirir. Münaqişənin həlli üçün atılan addım, yəni Ermənistan
hökümətinin işğal olunmuş yeddi rayonun ikisindən əl çəkməsi sonda
Azərbaycan - Türkiyə ilə əlaqələri korlaya bilər.
Qeyd edək ki, tərəflər 2010-cu ildə münaqişənin
həlli ilə bağlı prinsipial olaraq razılaşıb. Ancaq Ermənistan
1992-ci ildən bu yana əlində tutduğu Kəlbəcər və Laçın
rayonlarından 10 il ərzində çəkiləcəyini bildirib, Azərbaycan
tərəfi isə bir ildə müddətə razıllıq verib. Sonda İrəvan müddəti
yeddi ilə endirib, Azərbaycan isə müddəti üç ilə
çıxarıb.