Ermənistanın baş naziri Tiqran Sarkisyan noyabrın 28-də İrəvanda Rusiyanın hərbi-texniki əməkdaşlıq üzrə Federal Xidmətinin direktor müavini, hərbi-texniki əməkdaşlıq üzrə Ermənistan-Rusiya hökumətlərarası komissiyasının rusiyalı həmsədri Konstantin Biryulini qəbul edib.
Bu barədə "NEWS.am" saytına Ermənistan hökumətinin mətbuat xidmətindən bildirilib.
"İrəvan Ermənistan-Rusiya hərbi-texniki əməkdaşlığına xüsusi önəm verir və onun dərinləşdirilməsində maraqlıdır", deyə baş nazir bəyan edib və ikitərəfli hərbi-texniki təmasların inkişafına Biryulinin şəxsi töhvəsini yüksək qiymətləndirib.
Biryulin, öz növbəsində qeyd edib ki, Rusiya Ermənistanla hərbi-texniki sahənin müxtəlif istiqamətləri üzrə əməkdaşlıqda maraqlı olaraq, onun inkişaf etdirilməsi yolunda addımlar atır.