Bu gün Bakının bəzi rayonlarında qaz olmayacaq

29 Noyabr 2013 11:27 (UTC+04:00)

Təbii qazın verilməsində məhdudiyyət təmir işləri ilə əlaqədardır

Bu gün bəzi rayonlarda qaz olmayacaq. "Azəriqaz"dan Anspress-ə verilən məlumata görə, bu gün saat 09:00-dan 17:00-dək Ağdaş şəhəri daxil olmaqla rayonun bir hissəsinə, saat 09:00-dan 18:00-dək Şamaxı, Balakən, Yevlax şəhərləri daxil olmaqla rayonların bir hissəsinə, saat 09:00-dan 19:00-dək Astara rayonunun bir hissəsinə, saat 10:00-dan 13:00-dək Sabunçu rayonunun bir hissəsinə, saat 10:00-dan 14:00-dək Xəzər rayonunun bir hissəsinə, saat 10:00-dan 17:00-dək İsmayıllı rayonunun bir hissəsinə, saat 10:00-dan 18:00-dək Qazax, Ucar və Qaradağ rayonlarının bir hissəsinə, saat 12:00-dan 14:00-dək Salyan rayonunun bir hissəsinə, saat 14:00-dan 17:00-dək Nərimanov və Binəqədi rayonlarının bir hissəsinə təbii qaz verilişində fasilələr yaranacaq. 

Məhdudiyyətlər təmir işləri ilə əlaqədardır.