Azərbaycan və Avropa İttifaqı viza rejiminin sadələşdirilməsi barədə saziş imzalayıblar

29 Noyabr 2013 11:47 (UTC+04:00)

Azərbaycan və Avropa İttifaqı (Aİ) bu gün viza rejiminin sadələşdirilməsi barədə saziş imzalayıblar. Trend-in məlumatına görə, sazişi Azərbaycan tərəfdən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, qarşı tərəfdən isə Avropa komissarı Ştefan Füle, Litvanın xarici işlər naziri Linas Linkyaveçus imzalayıb.

Sözügedən saziş Vilnüsdə keçirilən III Şərq Tərəfdaşlığı Sammiti çərçivəsində imzalanıb.

Xatırladaq ki, sənəd gələn il Azərbaycanla AB arasında readmissiya haqda saziş imzalandıqdan sonra qüvvəyə minəcək.