Həmçinin müğənni aparıcı Sərxan Kərimoğlunun " Sizin barədə bu vaxta kimi hansı yalan şayiələr yazılıb" sualını cavablandıran zaman söyləyib:" Çox yalan xəbərlər yazılıb. Məsələn, mənim Nigar İbrahimova ilə evlənməyim barədə yazını görəndə şoka düşdüm. Daha sonra Nüşabə Ələsgərliyə 3 dollar borclu olmağım barədə yalan yazılmışdı. Gedib həmin mətbu orqana müraciət etdim. Elə onların öz yanlarında Nüşabə ilə əlaqə saxladım. Belə bir xəbərin yalan olduğunu sübut etdim. Başqa bir yalan xəbər isə, Abel Məhərrəmlinin qardaşının guya ki, mənim ilk klipmi çəkməyi barədə yazılan xəbər idi. Çox yalan, şər-böhtan yazıblar. Ancaq adam kişi olar. Reytinq xatirinə belə xəbərlər yazmaq olmaz".
Yalançı qalmaqallar yaratmayaraq, reytinq davası etməyən , daim mənəviyyat üçün çalışdıqlarını iddia edən "Nə olsun" kollektivi barədə də sizə məlumat verək. Verlişin aparıcısı Sərxan Kərimoğlu, redaktoru Ceyran Nərimandır. Verliş həftənin bütün günləri saat 18:00-da, təkrarı isə gecə yarısı 02:00-da yayımlanır.
Mövqe.az sizə qısaca məlumat verdiyimiz həmin verlişin buraxılışının video linkini təqdim edir: