Dekabr ayının hava proqnozu açıqlandı
29 Noyabr 2013 13:25 (UTC+04:00)
Dekabr ayında havanın orta aylıq temperaturunun iqlim normasından
aşağı, bəzi rayonlarda isə iqlim normasına yaxın olacağı
gözlənilir. Bu barədə Movqe.az-a Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat
verilib. Belə ki, birinci ongünlüyün əvvəlində hava şəraitinin
anomal soyuq keçəcəyi, ikinci və üçüncü ongünlüyün bəzi günlərində
havanın orta sutkalıq temperaturunun iqlim normasından 3-5 dərəcə
aşağı enəcəyi gözlənilir. Aylıq yağıntının miqdarının əsasən iqlim
normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı ehtimal
olunur.
Bakıda və Abşeron yarımadasında
Orta aylıq temperaturun 4-7 dərəcə isti, birinci ongünlüyün
ortalarında 1-3 dərəcə isti (gecələr 3-6 dərəcə isti, bəzi günlərdə
0-4 dərəcə şaxta, gündüzlər isə 7-12, bəzi günlərdə 1-5 dərəcə
isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir
qədər aşağıdır.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 24-34 mm)
olacağı gözlənilir.
Naxçıvan Muxtar Respublikasında
Orta aylıq temperaturun 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti
(gecələr 2-7, bəzi günlərdə 10-15 dərəcə şaxta, gündüzlər 1-6
dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta) olacağı gözlənilir ki,
bu da iqlim normasına yaxın və bir qədər aşağıdır.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 14-35 mm)
olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin
Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy
rayonlarında
Orta aylıq temperaturun 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti
(gecələr 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, bəzi günlərdə 10-15
dərəcə şaxta, gündüzlər 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, bəzi
günlərdə 4-7 dərəcə şaxta) olacağı gözlənilir ki, bu da iqlim
normasına yaxın və bir qədər aşağıdır .
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 27-53 mm)
olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli,
Cəbrayıl rayonlarında
Orta aylıq temperaturun 1-4 dərəcə isti (gecələr 2 dərəcə şaxtadan
3 dərəcəyədək isti, bəzi günlərdə 5-10 dərəcə şaxta, gündüzlər 5-10
dərəcə isti, bəzi günlərdə 0-3 dərəcə şaxta) olacağı gözlənilir ki,
bu da iqlim normasına yaxın və bir qədər aşağıdır .
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 13-16 mm)
olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ,
İsmayıllı, Ağsu, Şamaxı, Xızı, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz
rayonlarında
Orta aylıq temperaturun 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti
(gecələr 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, bəzi günlərdə 8-13
dərəcə şaxta, gündüzlər 2-7 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə
şaxta) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir
qədər aşağıdır.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 24-48 mm),
bəzi yerlərdə isə normadan bir qədər çox olacağı gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş,
Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı,
Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
Orta aylıq temperaturun 1-6 dərəcə isti (gecələr 0-4 dərəcə isti,
bəzi günlərdə 1-5 dərəcə şaxta, gündüzlər 8-13 dərəcə isti, bəzi
günlərdə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti) olacağı gözlənilir
ki, bu da iqlim normasına yaxın və bir qədər aşağıdır.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 16-32 mm)
olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
rayonlarında
Orta aylıq temperaturun 2-7 dərəcə isti (gecələr 1 dərəcə şaxtadan
4 dərəcəyədək isti, bəzi günlərdə 2-5 dərəcə şaxta, dağlarda 7-10
dərəcə şaxta, gündüzlər 7-12, bəzi günlərdə 0-4 dərəcə isti)
olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər
aşağıdır.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 58-106 mm)
olacağı gözlənilir.