IAEA: "Iran Arak nüvə bölgəsinə müfəttişlər dəvət edir"

29 Noyabr 2013 13:43 (UTC+04:00)

"Beynəlxalq Atom Enerji Agentliyi 8 dekabrda Arakdakı ağır su istehsal fabrikinə müfəttiş göndərməklə bağlı İranın dəvət təklifini qəbul edib", İAEA direktoru Yukiya Amano cümə axşamı etdiyi çıxışında belə deyib.Bu haqda Movqe.Az CNN-ə istinadən xəbər verir.  "Biz hələ cavab verməmişik, lakin bu fəaliyyəti xoşluqla qarşılayırıq. Biz bölgələri ziyarət edəcəyik, əhəmiyyətli fəaliyyətlər həyata keçirəcəyik və bu haqda hökümət rəhbərliyini faktlarla təlimatlandıracağıq. Lakin mən fəaliyyət detallarının açıqlanmasına tərəfdar deyiləm, bu təhlükəsizlik fəaliyyətlərinin bir hissəsi kimi gizli saxlanılmalıdır" deyə o sözlərinə əlavə edib. Həftə ərzində İran və ABŞ da daxil olmaqla 6 güclü dövlət, İranın nüvə proqramının yavaşladımasıyla bağlı müvəqqəti müqavilə imzalayıb. Altı aylıq müqavilədə İrandan əsas xammaddə olan uranın 20 faiz azaldılması, texniki ləvazimatların azaldılması tələb olunub. Müqavilədə həmçinin Arakdakı tikinti mərhələsindəki ağır su reaktorunun əsas işlərini dondurmaqla bağlı razılıq əldə edilib. Laki Amano qeyd edib ki, dəvət yalnız ağır su istehsalı zavoduna aiddir, ağır su reaktoruna aid deyil. İran təkidlə bildirib ki, uranın zənginləşdirilməsi və nüvə reaktorlarının tikintisi yalnız xoşməramlı mülki enerji ehtiyacı üçündür.