İranda zəlzələ olub

29 Noyabr 2013 14:07 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, İranın cənubunda meydana gələn 5.6 bal gücündəki zəlzələdə 8 nəfər həlak olub. Mərkəzi əsası Buşehr Nüvə Bazasının 60 kilometr şimal-şərqindəki Borazcan adlı yerdə olan zəlzələdə 8 dünyasını dəyişib. İran mediası, zəlzələdə 190 nəfərin yaralandığını, onlardan 12-in vəziyyətinin kritik olduğunu bildirib. Zəlzələdə 250 ev və iş yerinin yıxıldığı, bölgəyə işıq enerjisi verilmədiyi bildirilib. İranlı səlahiyyətlilər, zəlzələnin Buşehrdəkii nüvə enerji stansiyasının fəaliyyətlərində heç bir çətinlik yaratmadığı deyilib. Zəlzələnin ardınca axtarış xilasetmə işləri davam edib, ölü və yaralı sayının artmasından narahatlıq duyulur.