Misirdə etiraz nümayişləri davam edir

29 Noyabr 2013 14:31 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, Qahirə Universiteti tələbələrinin yeni nümayiş qanununa qarşı təşkil etdiyi etirazlarda 1 nəfər həlak olub , 3 nəfər yaralanıb. Alınan məlumata görə , Qahirə Universiteti Mühəndislik Fakültəsi şagirdi Məhəmməd Rza , nümayiş əsnasında tələbələrlə təhlükəsizlik gücləri arasında çıxan qarşıdurmada açılan atəş nəticəsində həlak olub. Misir televiziyası Rzanın , icazəsiz nümayiş əsnasında şagirdlər və polis arasında universitet düşərgəsi xaricində çıxan qarşıdurmada həlak oluğunu desə də , necə öldüyü mövzusunda məlumat verməyib. Zərbəyə Qarşı Tələbələr Hərəkatının rəsmi səhifəsindən edilən şərhdə , polis tərəfindən ov tüfəngiylə açılan atəş nəticəsində Mühəndislik Fakültəsi şagirdi Rzanın həyatını itirdiyi , başqa bir şagirdin isə boynundan ağır yaralandığı deyilib. Tibbi qaynaqlar isə həlak olan Rzayla yanaşı 3 tələbənin də yaralandığını deyib. Bu vaxt, baş nazir müavini və Ali Təhsil naziri Husam İsa , etdiyi mətbuat şərhində , həyatını itirən şagirdin qatilinin ədalətə təslim ediləcəyini bildirib. İsa , görüşdüyü Daxili İşlər naziri Məhəmməd İbrahimin ona polisin universitet şəhərciyinə girmədiyini və Qahirə Universiteti qarşısındakı zabitlərin heç birində ov tüfənginin olmadığını , hadisələrdə yalnız göz yaşartıcı qaz bombası ivə plastik güllə istifadə etdiklərini söylədiyini bildirib.

Nazir İsa , " Artıq iki ehtimal var , tələbə ya Müsəlman Qardaşlar Təşkilatı ( İhvan ) tərəfindən ya da polis tərəfindən öldürülmüşdür. Bunu da prokurorluq təsbit edəcək" deyib.