Tovuzda məktəblilər arasında dava bıçaqlanma ilə nəticələnib

29 Noyabr 2013 15:12 (UTC+04:00)

Tovuz rayonunda məktəblilər arasında yaranan mübahisə bıçaqlanma ilə nəticələnib.

Tovuz rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Alakol kəndində baş verib. Məlumata görə, kənd sakini 15 yaşlı Kamran Quliyev bıçaq xəsarətləri ilə Tovuz Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. Məktəbli döş qəfəsinin deşilmiş-kəsilmiş yarası diaqnozu ilə cərrahiyyə şöbəsində əməliyyat edilib. Hazırda onun vəziyyətinin orta-ağır olduğu bildirilir. Tovuz rayon Polis Şöbəsindən bildiriblər ki, K. Quliyevin məktəbli yoldaşları ilə mübahisə edib. Faktla bağlı araşdırma aparılır.