Ya ev həbsində qalacaq, yada parkda müfafizəçi olacaq

29 Noyabr 2013 15:59 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, senatorluqdan azad edilən azledilen keçmiş İtaliya Baş naziri Berluskoninin 4 illik həbs cəzasının 3 ili bağışlanılıb. Qalan bir ilini ya ev həbsində, ya da sosial xidmətlər edərək bitirəcək. İtalya Parlamentindən ötən günlərdə çıxarılan keçmiş Baş nazir Silvio Berluskoninin 20 illik siyasi həyatı da sonlanıb.  Azadlıqlar Partiyası (PDL) lideri Berluskoni geridə infrastruktur işləri, sərmayələri, iqtisadiyyatı zəyifləyən bir ölkə buraxıb. Səhər-axşam ölkədəki hər kəsin danışdığı, 77 yaşındakı Berluskoni Mediaset iddiasında vergi qaçırma təqsirindən aldığı 4 illik həbs cəzasından sonra İtalya qanunlarına müvafiq olaraq, senatorluqdan azad edilib. Berluskoninin ən böyük qorxusu, həbsdə yatmaq olub.