Günel: "Bu pulu kimə versən, lüt soyunar"
29 Noyabr 2013 17:00 (UTC+04:00)
Müğənni Günel Ələkbərovanın "50 milyona
soyunaram" sözləri şou aləmində səs-küyə səbəb
olub.
Sənətçi Axşam.az saytına açıqlamasında onu
qınayanların cavabını verib:
"50 milyona açıq-saçıq geyimdə reklama çəkilmək
təbii haldır. Bu məbləği məni qınayan kimə versələr, razılaşar.
Sual verdilər ki, 50 milyona soyunarsan? Mən də yalan danışmadım,
bu məbləğə hətta çılpaq da çəkilərəm. Bu pulu kimə versələr, lüt
soyunar".
Bu yaxınlarda dodağında plastik əməliyyat etdirən
Günel formada qalmağının sirrini açıb:
"Əvvəllər tennis oynayır, üzgüçülüyə gedirdim.
İndi ara vermişəm. Hazırda 53 kiloqramam. Gün ərzində 2 litr su
içirəm, az yemək yeyirəm. Bu yolla formada qalmağa çalışıram. Nə
qədər arıq olsam da, efirdə kök görünürəm".