Keçmiş “Məhsul” stadionunda abadlıq işləri aparılacaq

29 Noyabr 2013 17:03 (UTC+04:00)

"Keçmiş "Məhsul" stadionunun vəziyyəti olduqca ağırdır. Artıq bu ərazi stadion statusundan çıxaraq gəzinti parkına çevrilib".


Movqe.az-ın məlumatına görə, bunu Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri Səttar Mehbalıyev deyib.

 

Onun sözlərinə görə, əraziyə xüsusilə axşam vaxtları pis vərdişlərə aludə olmuş insanların yığışması hallarına təsadüf olunur: "Odur ki, maliyyə dəstəyi axtarılır ki, həmin ərazidə təmizlik-abadlıq işləri aparılsın. "Məhsul" stadionu həmkarlar təşkilatının mülkiyyətidir. Bu səbəbdən də həmin stadionun statusu həmkarlar təşkilatının qərarı ilə dəyişdirilə, qapalı stadiona çevrilə bilər. Hələlik isə ilk növbədə stadionun qapılarının quraşdırılması və hasarın çəkilişi nəzərdə tutulur".