Avropaya getmək artıq daha asan olacaq - YENİLƏNİB
29 Noyabr 2013 19:16 (UTC+04:00)
Azərbaycan və Avropa İttifaqı (Aİ) bu gün viza
rejiminin sadələşdirilməsi barədə saziş
imzalayıblar. Trend-in məlumatına görə, sazişi
Azərbaycan tərəfdən Azərbaycanın xarici işlər
naziri Elmar
Məmmədyarov, qarşı tərəfdən isə Avropa
komissarı Ştefan
Füle, Litvanın xarici işlər
naziri Linas
Linkyeviçyus imzalayıb.
Sözügedən saziş Vilnüsdə keçirilən III Şərq Tərəfdaşlığı Sammiti
çərçivəsində imzalanıb.
Xatırladaq ki, sənəd gələn il Azərbaycanla Aİ arasında
readmissiya haqqında saziş imzalandıqdan sonra qüvvəyə minəcək.
Qeyd edək ki, bir müddət əvvəl xarici işlər nazirinin
müavini Mahmud
Məmmədquliyev Trend-ə bildirmişdi ki, saziş
imzalandıqdan sonra Milli Məclisdə və Avropa Parlamentində
ratifikasiya olunacaq.
Bundan əlavə, Şengen zonasına daxil olan, lakin Aİ üzvü olmayan
ölkələrlə - Norveç, İsveçrə, İslandiya və Lixtenşteynlə ikitərəfli
müqavilələr imzalamaq lazımdır.
Nazir müavinin sözlərinə görə, müqavilə kifayət qədər geniş
şəxslər siyahısını əhatə edir. Bu, ilk növbədə, təhsil və biznes
xətti ilə xaricə gedən vətəndaşlara aiddir.
---------
12:35
Bu gün Azərbaycan və Avropa İttifaqı (Aİ) viza
rejiminin sadələşdirilməsi barədə saziş imzalandıqdan sonra
vətəndaşlarmızı maraqlandıran onun
şərtləridir.
Milli.Az bildirir ki, Avropa Birliyinin
Azərbaycandakı nümayəndəliyinin rəhbəri bir müddət əvvəl yerli
mətbuata müsahibəsində Azərbaycanla Avropa Birliyi arasında viza
rejiminin sadələşdirilməsi ilə bağlı açıqlama
vermişdi.
"Bu saziş göstərir ki, əgər digər dövlət zəruri
addımları atmağa hazırdırsa, Avropa Birliyi öz vədlərini sürətlə
yerinə yetirməyə hazırdır. Hər iki tərəf yekun mətni
razılaşdırıblar. Saziş Avropaya səyahət etmək istəyənlərə daha sadə
viza rejimi tətbiq etməyi, həmçinin ucuz vizalar verməyi nəzərdə
tutur. Hazırda viza rüsumu təxminən 60 avro təşkil edir, bu məbləğ
iki dəfə azaldılacaq. Bundan başqa müəyyən kateqoriya vətəndaşlar –
jurnalistlər, tələbələr, rəsmi şəxslər və s. üçün vizalar pulsuz
olacaq. Viza uzun müddətə veriləcək, multivizalar almağa daha böyük
imkanlar yaranacaq, vizaların alınması üçün tələb olunan sənədlərin
sayı azaldılacaq. Bu, Azərbaycanla AB arasında səyahətləri
əhəmiyyətli dərəcədə asanlaşdıracaq yeni rejimdir. Buna görə şadıq
ki, konkret nəticələr təkcə müəyyən kateqoriya insanlara deyil, AB
ölkəsinə səfər etmək istəyən bütün əhaliyə təsir edəcək. Vətəndaş
artıq bunu daha sadə, ucuz və sürətli yolla edə biləcək. Bu, Avropa
Birliyi və Azərbaycanın daha da yaxınlaşmaq, insanlar arasında
əlaqələr qurmaq istəyinin göstəricisidir. Uzunmüddətli perspektivdə
bu, həmçinin Azərbaycanın Qərb dəyərlərinə yaxınlaşmasına da kömək
edə bilər", - səfir Roland
KobiaAPA-ya müsahibəsində
demişdi.
---------
11:45
Azərbaycan və Avropa İttifaqı (Aİ) bu gün viza
rejiminin sadələşdirilməsi barədə saziş
imzalayıblar.
Trend-in məlumatına görə, sazişi Azərbaycan tərəfdən Azərbaycanın
xarici işçlər naziri Elmar
Məmmədyarov imzalayıb.
Sözügedən saziş Vilnusda keçirilən Şərq
Tərəfdaşlığı Sammiti çərçivəsində imzalanıb.