"İlhamə Quliyeva bizi övladı kimi bəsləyir"

29 Noyabr 2013 17:28 (UTC+04:00)
Opera ifaçısı Ülvi Qılınc xalq artisti İlhamə Quliyeva ilə yenidən bir araya gəlib. 

Bu haqda Axşam.az saytına açıqlama verən sənətçi İ.Quliyevanı  özünün mənəvi anası adlandırıb:

"İlhamə xanımla 10 ildir ailəvi dostam. O mənim anamdır. İlhamə xanım bizim hamımızı övladı kimi bəsləyir. Mətbuat katibi Faiq Ələkbərli və prodüser Tolik də hörmət etdiyim insanlardan biridir. Biz bir neçə gün xalq artistindən ayrı düşən kimi bəzi bədxah insanlar bundan istifadə etdilər, sənətkarla aramıza girdilər. Amma onların istəyi və arzuları ürəklərində qaldı. Yenidən bir araya gəlməyimizdə vasitəçi Tolik oldu. O, İlhamə xanımla bizi görüşdürdü. Paxıllığımızı çəkənlərə demək istəyirəm ki, İlhamə xanımı bizsiz, bizi də İlhamə xanımsız təsəvvür etməyin. Belə böyük sənətkarı və gözəl ananı itirən ağılsız olar. Biz də ağılsız deyilik". 

Ü.Qılınc xalq artisti ilə duet oxumaq istəyini də gizlətməyib: 

"Bu, İlhamə xanımdan asılıdır. Əgər razılaşsa, tezliklə layihəni gerçəkləşdirəcəyəm".