Elza: “Həmişə istəyirdim ki, ərim məni döysün”
29 Noyabr 2013 19:33 (UTC+04:00)
Əməkdar artist Elza Seyidcahan maraqlı
açıqlamaları ilə hamını təəccübləndirib.
Axşam.az-ın məlumatına
görə, bu yaxınlarda qadın zorakılığına qarşı keçirilən layihədə
iştirak edən müğənni əslində həyat yoldaşı tərəfindən döyülməyi
arzuladığını bildirib.
E.Seyidcahan bu sözləri "Xəzər" telekanalında
yayımlanan "Telemaqazin" verilişində deyib:
"Heç bir zaman həyat yoldaşım mənə əl qaldırmayıb.
Həmişə istəyirdim ki, məni döysün. Deyirdim, görüm döyülmək necə
olur. Hətta hərdən onu qəsdən əsəbiləşdirirdim ki, mənə əl
qaldırsın. Bəzi hallarda qadına bir sillə vurmaq olar. Amma mən
dəhşətli döyməyin tərəfdarı deyiləm. Qadın müdrik olmalıdır. Kişi
əsəbiləşəndə ona cavab qaytarmamalıdır".