Ər arvadı ilə yataqda tutduğu kişini öldürüb, cinsiyyət üzvünü kəsdi

30 Noyabr 2013 17:45 (UTC+04:00)
Türkiyənin Dənizli vilayətində dəhşətli cinayət baş verib. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, 43 yaşlı İsmayıl Ç. 5 il əvvəl boşandığı keçmiş həyat yoldaşının sevgilisi 41 yaşlı Salim Y.-nın evinə gedərək onu vəhşicəsinə öldürüb. İsmayıl Ç. pəncərələri sındıraraq içəriyə daxil olub. Onları sekslə məşğul olarkən yataqda yaxalayan İsmayıl Ç. dəliyə dönüb. Əvvəldə cibindən gətirdiyi bıçaqla keçmiş həyat yoldaşını bıçaqlayıb. Lakin qadın çılğına dönən İsmayıl Ç.-nin əlindən qurtarıb və qaçıb. İsmayıl daha sonra Salim Y.-na hücum edib. Onu döyüb. Daha sonra bıçaqla onu öldürüb. Bundan da ürəyi soyumayan İsmayıl Salim Y.-nin cinsiyyət orqanını kəsərək ağzına soxub. Sonradan hadisə yerini tərk edib. Lakin pols onu yaxınlıqda yaxalayıb. Baş vermiş cinayət türk polisi tərəfindən araşdırılır.