Azərbaycanın İranla sərhədində atışma: bir hərbçi həlak olub, ikisi isə yaralanıb

2 Dekabr 2013 09:45 (UTC+04:00)

Azərbaycanın İranla sərhədində atışma olub, bir hərbçi həlak olub, ikisi isə yaralanıb.

Trend Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinə istinadən xəbər verir ki, dekabrın 1-də saat 19:30 radələrində Dövlət Sərhəd Xidməti Lənkəran Sərhəd Dəstəsinin xidməti ərazisində sərhəd pozucularının qarşısının alınması zamanı silahlı insident baş verib, bir nəfər hərbi qulluqçu həlak olub, iki nəfər isə yaralanıb.

Yaralılara ilkin tibbi yardım göstərilib, vəziyyətləri kafidir.

Hadisə ilə bağlı Dövlət Sərhəd Xidməti və Azərbaycan Respublikasının Hərbi Prokurorluğu tərəfindən araşdırma tədbirləri aparılır.