Azərbaycanda zəlzələ olub

2 Dekabr 2013 10:15 (UTC+04:00)

Azərbaycanın şimalında zəlzələ olub.


AMEA Respublika Seysmoloji Xidmət Mərkəzindən APA-ya verilən məlumata görə, zəlzələ dekabrın 2-si saat 04:49-da Şabran rayonu ərazisində qeydə alınıb.

Maqnitudası 3,80 olan, 21 km dərinlikdə baş verən zəlzələ bəzi insanlar tərəfindən hiss olunub.