Bakıda siqaret yanğına səbəb olub

2 Dekabr 2013 10:27 (UTC+04:00)

Bakının Səbail rayonunda 16 mərtəbəli binanın 8-ci mərtəbəsində yanğın baş verib

Ötən gecə paytaxtın Səbail rayonunda yanğın hadisəsi baş verib. Dərhal əraziyə FHN-nin Səbail rayon yanğından mühavizə xidmətinin 3 yanğınsöndürən briqadası cəlb olundu.


Abbasqulu Abbaszadə küçəsi keçid 1128-də yerləşən 16 mərtəbəli binanın 8-i mərtəbəsindəki 153 saylı mənzilində yaşayış olmadığından FHN-nin əməkdaşları qapını sındırmağa məcbur oldular. İlkin olaraq hadisəyə səbəb kimi elektrik xətlərində olan nasazlıq və qısaqapanma göstərilsə də sonradan bu versiya təsdiqini tapmadı. 


Hadisə şahidləri isə yanğına səbəb kimi yuxarı mərtəbədəki mənzildən atılan siqaret kötüyünün eyvandakı döşəyin üzərinə düşməsini bildirirlər. Ancaq FHN-nin əməkdaşlırının vaxtında müdaxilə etməsilə yanğının qarşısı alınıb. 


Hadisə nəticəsində heç bir xəsarət qeydə alınmayıb


Mənzilin cəmi bir neçə kvadrat metrini əhatə yanğının hansı şəratidə və nə üçün baş verməsini yalnız aparılan araşdırmaların nəticələri müəyyən edəcək.