Azərbaycanlı müğənni: "Mən müsəlmanam və Məhərrəm ayında..."

2 Dekabr 2013 10:27 (UTC+04:00)

Ağır avtomobil qəzası keçirmiş "Toylar kraliçası" Tereza Əliyeva qəza ilə bağlı xəbərdən sonra haqqında gəzən şayiələrə görə məyus olub. Bir çoxları onu müsəlman təqvimi ilə Məhərrəm ayında toya getməyinə görə günahlandırıblar. Bununla bağlı açıqlama verən Tereza:

"Mən toya noyabr ayının ilk günlərində getmişəm. O zaman isə Məhərrəm ayı hələ başlamamışdı. Sadəcə olaraq, qəza xəbəri mətbuata bir az gec sızıb. Xəbər saytlarında qəza ilə bağlı şərhləri oxuyanda çox məyus oldum. Mən müsəlmanam və heç vaxt belə günlərdə toy-bayrama yol vermərəm!" – deyə, etirazını bildirib.