Gəncədə avtomobil 73 yaşlı piyadanı vuraraq öldürüb

2 Dekabr 2013 10:30 (UTC+04:00)

Gəncədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib. Gəncə şəhər Baş Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə ötən gecə saat 23 radələrində şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Şəhər sakini, piyada 73 yaşlı Hamaya Nəbiyeva yolu keçmək istəyərkən, 38 yaşlı Qəbələ rayon sakini Rəşadət Cəlilovun idarə etdiyi "Mercedes" markalı avtomobil tərəfində vurulub. Sürücü dərhal qadını Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırsa da, onu xilas etmək mümkün olmayıb.

 

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.