Baş prokuror Şirvan şəhəri, Hacıqabul, Salyan, Saatlı və Sabirabad rayonlarında yaşayan vətəndaşların qəbul edəcək

2 Dekabr 2013 10:51 (UTC+04:00)

Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov cari il dekabrın 13-də saat 11:00-da Şirvan rayon prokurorluğunun inzibati binasında Şirvan şəhəri, Hacıqabul, Salyan, Saatlı və Sabirabad rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirəcək. Bu barədə   Azərbaycan Respublikası Baş Prokurorluğunun Mətbuat xidmətindən Mövqe.az-a verilən məlumata görə, qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Şirvan şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcəkdir.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu və [email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.