Ukraynada etirazlar davam edir

2 Dekabr 2013 12:15 (UTC+04:00)

Taylandda olduğu kimi Ukraynada da etirazlar sənkimək bilmir. Bu haqda Movqe.Az BBC-yə istinadən xəbər verir. Yüzlərlə nümayişçi Ukraynanın paytaxtı Kiyevdə yığışaraq Prezident Viktor Yanukoviçiin hakimiyyətdən getməsini tələb etmək üçün yeni etirazlara hazırlaşırlar. Müstəqillik Meydanına toplaşan etirazçılar şəhəri daxildən barrikadaya alıb. Xatırladaq ki, etirazlar 2 gün əvvəl Prezident Yanukoviçin AB ilə olan müqavilənin imzalanmaması səbəbindən başlamışdı. Parlament nümayəndəsi Vlodimir Rubak bazar ertəsi günü hökümət və müxalif qüvvələr arasında danışıqların keçiriləcəyini deyib. O bildirib ki, hər iki tərəfə də fikirlərini ifadə etmələri üçün şams verilməlidir. Etirazçılar arasında hazırda həbsdə olan "Pussy Riot" qrupunun üzvü Nadejda Tolokonnikovun əri də olub. O, BBC-yə dəfələrlə bildirib ki, yüzlərlə etiirazçı paytaxt Kiyevdən, qalanları isə Ukraynanın digər bölgələrindən gəlib. "Etirazçılar bir göz qırpımında şəhəri bir növ etiraz qərargahına çeviriblər." Deyə o, sözlərin əəlavə edib. Bazar günü keçirilən etirazlarda 100.000-500.000 insan iştirak edib. Həmin gün Prezident binası qarşısında da etirazlar olub. Üzlərinə maska taxmış etirazçılara qarşı polis gözyaşardıcı qaz, dubinka və keyləşdirici əl bombalarından istifadə edib. 12 etirazçı zədələnib, 100 hökümət rəsmisi yaralanıb.

Xatırladaq ki, etirazlar bir həftə əvvəl Prezident Yanukoviçin AB ilə olan müqaviləni imzalamadığına görə baş vermişdi. Müqavilədə sərhədlərin açılması, səyahət məhdudiyyətlərinin asanlaşdırılması məsələləri əks olunub.