Ömrünün sonuna bir neçə ay qalan qız sevgilisinə qovuşdu - FOTOLAR

2 Dekabr 2013 13:21 (UTC+04:00)

Bir neçə aylıq ömrü qalmış Leslie Riveranın orta məktəbdən bəri sevdiyi oğlanla arzuladığı nağıl kimi toyu gerçəkləşib.                                              Ailəm.az-ın xarici mətbuata istinadən xəbərinə görə, Leslie Riveranın toyu hər bir xanımın xəyal etdiyi toy kimi baş tutub. O "ruh yoldaşım" adlandırdığı orta məktəb sevgisiylə ailə həyatı qurub. Bir neçə aylıq  ömrü qalmış gənc qızın gəlinliyi məşhur dizayner David Tutera tərəfindən hazırlanıb.

Əslində bu toyun digər toylardan elə də böyük fərqi yox idi. Sadəcə olaraq bu toyda sevinc və kədər göz yaşları bir-birinə qarışmışdı. 18 yaşlı Leslie xərçəng xəstəliyindən əziyyət çəkir və ömrünə çox az qalıb. Bu toy onun ən son arzusu idi. Xəstəliyindən xəbərsiz olduğu halda yeni layihəyə dəvət olunmuşdu. Həkimlər tərəfindən bir neçə aylıq ömrü qaldığı diaqnozu qoyulduğunda Lesie və sevgilisi nə etməli olduqlarını bilməyiblər. Qız "Alatoranlıq" filmindəki Eduard və Bellanın toyuna bənzər bir toy arzuladığını deyəndə isə sevgilisi onun arzusunu gerçəkləşdirmək qərarına gəlib.

Mərasimindən öncə qan köçürülməsindən gəldən gəlin yorğun oduğundan bütün toy boyu ancaq əyləşib.

Ailəm.az 18 yaşlı gənc qızın ən son arzusu olan toyundan şəkilləri sizə təqdim edir.