Pişiklər ürəkləri istəyəndə sahiblərini dinləyirlər?

2 Dekabr 2013 14:20 (UTC+04:00)

Pişiklərin sahiblərinin səsini tanıdığı, lakin təkamül nəticəsində itdən fərqli olaraq, ürəkləri istəyəndə o səsə reaksiya verdiyi təyin olunub. Pişiklərin daha bir xüsusiyyəti ortaya çıxıb: sahibinin səsinə diqqət verməmək.Yaponiya Universiteti araşdırmaçıları 20 ev pişiyiylə etdikləri sınaqda pişiklərə kənar  şəxslərin və sahiblərinin səs qeydlərini dinlədib. Pişiklərin sahiblərinin səslərinə fikir verdiyi, lakin bu səsləri eşidib reaksiya versələr də, hərəkətə keçirmədikləri ortaya çıxıb. Elm insanlarına görə pişiklər insanların köməyiylə deyil, öz-özlərinə təkamül müddətini tamamlayıb. Bu da pişiklərin, insanlara itaət etmək üçün əhliləşmədiyini göstərir. Mütəxəssislər, insan-pişik qarlılıqlı münasibətlərində ilk təşəbbüsü pişiklərin aldığını bildirir. Yəni ki, pişiklər ürəkləri istəyəndə sahiblərini dinləyirlər.