Ölən motosikletçi üçün keçirilən yarışda yenə qəza oldu!

2 Dekabr 2013 15:55 (UTC+04:00)
2011-ci ildə yarış qəzasında ölən İtalyan motosikletçi Marko Simonkellinin xatirəsinə keçirilən yarışda da qəza yaşanıb. İtalyanın paytaxtı Roma yaxınındakı Latina şəhərində təşkil edilən "SicDay" yarışı ikinci turda qəza keçirən İtalyan pilot Doriano Romboni dünyasını dəyişib. Romboni, enmə zolağının digər hissəsində 6-cı döngəni keçməyə çalışan 33 yaşındakı pilot Gianluca Vizziello ilə toqquşub. Qəzadan sonra Romboni hərəkətsiz qalıb. Həkimlərin tez müdaxilə etdiyi 44 yaşındakı Romboni, qaldırıldığı xəstəxanada vəfat edib.