Bakıda yeni piyada keçidi istifadəyə veriləcək

2 Dekabr 2013 17:55 (UTC+04:00)
Xocasən qəsəbəsi sakinlərinin piyada keçidi ilə bağlı problemləri tezliklə öz həllini tapacaq. Milli.Az xəbər verir ki, bu barədə Day.Az saytına "Azəryolservis" ASC-dən məlumat veriblər. Məlumata əsasən, piyada keçidi ilin sonuna qədər istifadəyə veriləcək. Keçidin uzunluğu 24 metr, eni 3 metr, hündürlüyü isə 

4,5 metrdir.