Anar Həsənov "102" xidmətinə zəng edərək Gəncə Şəhər Baş Polis İdarəsinə və Gömrük Komitəsinə qumbara atacağını da deyib

2 Dekabr 2013 21:18 (UTC+04:00)
Gəncə Hava Limanını partladacağını, Gəncə Şəhər Baş Polis İdarəsinə və Gömrük Komitəsinə qumbara atacağı ilə hədələyən şəxs polis tərəfindən saxlanılıb. 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, noyabrın 30-da saat 19.13-də Gəncə şəhərində yaşayan Anar Həsənov DİN-in "102" zəng Xidmətinə zəng edərək Gəncə Hava Limanını partladacağını, dekabrın 1-də isə Gəncə Şəhər Baş Polis İdarəsinə və Gömrük Komitəsinə qumbara atacağını bildirib. 
Müvafiq tədbirlər görülsədə, məlumat təsdiqini tapmayıb. 
Anar Həsənov adlı şəxs Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.