Nazir: "Azərbaycan kibercinayətlərə məruz qalıb"

2 Dekabr 2013 16:23 (UTC+04:00)

Əli Abbasov bir sıra ölkələrdə kibertəhlükəsizlik çox üzücü məsələyə çevrildiyini deyib

Bakıda Qlobal Kibertəhlükəsizlik Konfransı keçirilir. Movqe.az-ın məlumatına görə, tədbirdə açılış nitqi ilə çıxış edən rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov konfrans iştirakçılarını salamlayıb. Nazir bildirib ki, kibertəhlükəsizlik sahəsində əməkdaşlıq edən ölkələrin sayı artıb:


"Bir sıra ölkələrdə kibertəhlükəsizlik çox üzücü məsələyə çevrilib. Aydındır ki, beynəlxalq ictimaiyət fundamental addımlar atır ki, təhlükəsizlik sahəsində ən yüksək nəticələr əldə edilsin və qlobal rəqamsal dünyanı mühafizə altında saxlaya bilək. Azərbaycan da kibercinayətlərə məruz qalıb. Bunların qarşısını almaq üçün bir sıra tədbirlər həyata keçirilib. Qismən bu cinayətlərin qarşısı alınıb. İnfrastruktur, vətəndaş azadlıqları və şəxsi azadlıqların qorunması bunun ayrılmaz hissəsidir. Onlar beynəlxalq təşkilatlarla əməkdaşlıq edir. Eləcə də Avropa İttifaqının Telekomunikasiya İttifaqı ilə də yüksək səviyyədə əməkdaşlıq edirik.