Lumia 929 görüntülənib

2 Dekabr 2013 17:26 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, Windows Phone 8-lə yenidən məşhurlaşan Nokia, Lumia ardıcıllığını davamlı inkişaf etdirir və silsiləyə yeni modellər əlavə edir. Ötən günlərdə Lumia ardıcıllığına geniş ekranlı Phablett adında Lumia 1520 modelini əlavə edən Nokianın, yaxın günlərdə Lumia 929 adında daha bir telefon çıxaracağı iddia edilir.

Bu iddialardan sonra internetə sızan yeni görüntülər iddiaların həqiqət ehtimalını artıracaq kimi görünür.

Nokianın yeni admiral gəmisi deyə adlandırılan Lumia 929, 5 düymlük Full HD (441ppi) ekrana, 2.2 GHz sürətində dörd nüvəli Snapdragon 800 prosessora, 2 GB RAM-ı və 20 Megapiksel PureView kameraya malik olması gözlənilir.