Ötən gün saat 19:30-da Lənkəran sərhəd dəstəsinin
Lerik rayonu ərazisindəki hissəsində sərhəddə sərhədçilərlə sərhəd
pozucuları arasında baş verən insident nəticəsində ölən 37 yaşlı
mayor Maqsud Nağıyevin cənazəsi gecə saatlarında doğulduğu
Sabirabad rayonuna yola salınıb. Yaralılar 50 yaşlı polkovnik leytenant Azər
Şəfiyev və 29 yaşlı kapitan Vüqar Vahabov gecə təcili yardım maşını
ilə Lənkəran Rayon Mərkəzi xəstəxanasına çatdırılıblar. Hal-hazırda
yaralılar reanimasiya şöbəsindədir və onların paytaxta sərhəd
qospitalına yola salınacağı deyilir. Hadisənin təfərrüatları barədə məlumat verilmir.
Hadisənin baş vermə səbəblərini Dövlət Sərhəd Xidməti və Azərbaycan
Hərbi Prokurorluğu tərəfindən araşdırılır.