Ermənistanda Gömrük İttifaqına qarşı etiraz aksiyası başlayıb

2 Dekabr 2013 19:16 (UTC+04:00)
İrəvanda Ermənistanın Gömrük İttifaqına üzv olmasına etiraz olaraq yürüş başlayıb. ANS PRESS-in armtoday.info-ya istinadla verdiyi məlumata görə, yürüşün şimal prospekti - Respublika meydanı-Maştosa prospekti-Baqramyan prospekti-prezident iqamətgahı istiqamətində olması planlaşdırılıb. Lakin polis bu istiqamətdə yolu bağladığı üçün aksiya iştirakçıları Pespublika meydanına daxil ola bilməyiblər. 

Aksiya iştirakçıları "Serjik get!", "Putin get!","Avro Ermənistan", "Müstəqil Ermənistan","Ermənilər birləşəcək", "Biz öz ölkəmizin sahibiyik" kimi şüarlar səsləndirilər. Onlar həmçinin əllərində üzərində "STOP- Russia!" yazılan Ermənistan və Ukrayna bayraqları tutublar. 

Etirazçılar polis tərəfindən mühasirəyə alınan hökumət binasının qarşısına toplaşıblar. Onlar hakimiyyətə ünvanladıqları məktublarını oxuyublar. Məktubda bildirilib ki, erməni xalqı inkişaf və demokratiya imkanına olan imkanlarını itirmək təhlükəsi ilə üz-üzə qalıb. 

İrəvan polisinin rəsi müavini Valeri Osipyan yürüşün qanunsuz olduğunu bildirib. 
"Siz bura mübahisə etməyə gəlmisiniz. Mən sizə xəbərdarlıq etdim". 
Erməni mətbuatının məlumatına görə, polislə aksiya iştirakçəları arasında toqquşma olub.

Qeyd edək ki, bu gün Rusiya prezidenti Vladimir Putinin Ermənistana səfəri başlayıb.