Cəbhə bölgəsində Milli Ordumuzun əsgəri yaralandı

3 Dekabr 2013 10:26 (UTC+04:00)

Ayağından yaralanan əsgər dərhal ərazidəki hərbi hospitala çatdırılıb

Bu gün səhər saatlarında ermənilərin Xocavənd rayonunun işğal altındakı Kuropatkino kəndindən açdığı atəş nəticəsində Milli Ordumuzun əsgəri yaralanıb. 


Anspress-in bölgə müxbrinin verdiyi məlumata görə, yaralanan əsgər Şamaxı rayonundan olan Əlfi Firdovsi oğlu Muradovdur. Ayağından yaralanan əsgər dərhal ərazidəki hərbi hospitala çatdırılıb. Ona ilkin tibbi yardım göstərilib.