“Serebro” qrupu ilə çıxış edən müğənnimizdən yeni mahnı "Balam"-VİDEO

3 Dekabr 2013 10:37 (UTC+04:00)

Vokal ifaçısı, bəstəkar-müğənni Ülvi Rəşidov yeni nəfəslə yaradıcılığına start verir. O, dayanmadan yeni mahnılar ərsəyə gətirib, dinləyicilərinə təqdim edəcək.

Mövqe.az-ın məlumatına görə, Rusiyanın məşhur "Serebro" qrupu ilə çıxışından sonra istirahət edən ifaçı yeni "Balam" mahnısını hazırlayıb. Müğənni 80-ci illərdə İspaniyanın "Gipsy kings" qrupunun ifa etdiyi "Ballads" mahnısının söz və musiqisində dəyişiklik edərək yeni aranjmanda da təqdim edib. Mahnının aranjemançısı daimi Ülvi ilə işləyən Siruzdur.

Onu da vurğulamaq yerinə düşər ki, "Balads" mahnısının rus versiyasını daha öncə müğənni Elton Hüseynəliyev ifa edib. Əldə etdiyimiz məlumata görə, Elton bununla bağlı kiçik qalmaqal da yaşamışdı.

Ancaq Ülvi mahnı ilə bağlı qalmaqal yaşamaq istəmir: "Mahnının adı "Balam" etdim. Kifayət qədər dəyişiklik eləmişəm. Fikrimcə mahnıya verdiyim yeni nəfəs ona kifayət qədər dinləyici gətirəcək. Bəlkə də çoxları deyəcək ki, mən plagiatla məşğulam, amma bunun adı plagiat yox, dəyişiklik etməkdir. Mahnının bəzi not və söz dəyişikliyinin müsbət nəticə göstərəcəyinə inanıram".

Özünə mahnı yazan müğənni ona gələn iş təkliflərindən də danışdı: " Bir çox müğənnilər onlar üçün mahnı yazmağımı istəyirlər. Ancaq mən bütün yaxşı mahnılarımı özüm ifa edəcəyəm. Hazırda bir çox yeni mahnım var. Dinləyicilərimə fasilə vermədən yeni ifalar təqdim edəcəyəm".

Onu da xatırladaq ki, Milli Konservatoriyanı bitirən Ülvi "Eurovision" mahnı müsabiqəsinin seçim turunda və "Yeni ulduz" yarışmasında da iştirak edib. O, xalq artisti Fidan və Xuraman Qasımovaların tələbəsidir.

Müğənninin yeni mahnısını aşağıdakı keçiddə dinləyə bilərsiniz.