Azərbaycanlı rəqqaslar Türkiyəni belə heyrətləndirdi - Video

3 Dekabr 2013 10:45 (UTC+04:00)

Azərbaycanlı gənc oğlanlardan ibarət "Crazy Eyes" qrupu Türkiyənin məşhur "Yetenek Sizsiniz" tele-müsabiqəsində iştirak edib. Rəqqaslar öz orijinal çıxışları ilə Acun İlicalının rəhbərlik etdiyi münsif triosunu heyran ediblər. Qrupun rəhbəri Arif Məmmədov bununla bağlı təəssüratları Movqe.az ilə bölüşüb:

"Acun saytında qeydiyyat olunduqdan 5 gün sonra, ayın 19-u gecə mənə zəng gəldi. Qrupu bəyəndiklərini dedilər və sonuncu çəkilişləri olduğunu deyib bizi ayın 21-nə dəvət etdilər. Noyabrın 20-si İstanbulauçduq, 21-i saat 17:00-da çəkiliş başladı və ilk çıxış etməli biz olduq. Ona görə, bütün həyəcan qrupun üstünə düşdü. Amma artıq məşq zamanı analdıq ki, heç olmasa 2 "evet" alacağıq. Çünki məşqdə iştirak edən bütün işçilər və izləyənlərin alqışları və təbriklərinə qərq olduq. Çox şadam ki, gözlədiyimizdən də artıq oldu. Hər 3 jüri bizi bəyəndi və biz növbəti tura keçdik" – deyə, prodüser sevinsi ilə bölüşdü.

Movqe.az-ın məlumatına görə, "Crazy Eyes" rəqs qrupunun fəaliyyəti yalnız onun gənc rəhbəri Arif Məmmədovun hesabına maliyyələşir. Maliyyə azlığından narahat olan prodüser qrupun "Yetenek sizsiniz" müsabiqəsinin növbəti turunda layiqli çıxışı üçün maddi dəstək axtarışındadır.

"Crazy Eyes"in "Yetenek sizsiniz" verilişindəki qürurverici çıxışının video linkini  sizə də təqdim edirik:

http://www.acunn.com/video/yetenek-sizsiniz/crazy-eyes-crewin-dans-performansi/4227